Modern.az

Qafqazın İran üçün geosiyasi və strateji əhəmiyyəti var - Əraqçi

Qafqazın İran üçün geosiyasi və strateji əhəmiyyəti var - Əraqçi

26 Avqust 2024, 12:39

"Qafqazın İran üçün geosiyasi və strateji əhəmiyyəti var".

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri  Abbas Əraqçi sosial şəbəkələrdə yazıb.

 

O, Ermənistan və Azərbaycandan olan həmkarları ilə telefon danışıqlarının nəticələrini belə qiymətləndirib.

 

"Tarixi, mədəni və coğrafi yaxınlıq bu region ölkələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini ikiqat artırıb", - nazir qeyd edib.

 

Xatırladaq ki, Əraqçi Azərbaycan XİN başçısı Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışıqları aparmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu