Modern.az

Rektor: “BDU-nun önündə Rəsulzadəyə abidə qoymaq məsələsi mürəkkəbdir”

Rektor: “BDU-nun önündə Rəsulzadəyə abidə qoymaq məsələsi mürəkkəbdir”

3 Dekabr 2013, 15:31

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları ilə bağlı ciddi addımlar atılmalıdır”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O Məmməd Əmin Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi və BDU-da abidə qoyulması məsələsinə münasibət bildirib.

Rektorun sözlərinə görə hazırda BDU M.Ə.Rəsulzadənin adını daşımadığından onun abidəsinin orda qoyulması məsələsi mürəkkəbdir.

“Ancaq Xalq Cümhuriyyətinin yaradıcıları BDU-nun yaradılmasında da fəal iştirak edib, tarixi xidmət göstəriblər. Buna görə də BDU önündə Rəsulzadənin abidəsinin qoyulması Təhsil Nazirliyi və aidiyyatı qurumlarla müzakirə olunacaq”-deyən A. Məhərrəmov bildirib ki, abidə məsələsi müzakirələrdən sonra verilən qərar əsasında öz həllini tapacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU