Modern.az

Ceyhun Bayramov Türkiyəyə gedir - Nələr müzakirə ediləcək?

Ceyhun Bayramov Türkiyəyə gedir - Nələr müzakirə ediləcək?

26 Avqust 2024, 14:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, səfər Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə baş tutacaq.

 

Ankarada keçiriləcək görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistanın normallaşma addımları gündəmdə olacaq.

 

Səfər zamanı regional hadisələr, eləcə də İsrail-Fələstində baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu