Modern.az

Əlillər hansı reabilitasiya xidmətləri ilə təmin olunub?

Əlillər hansı reabilitasiya xidmətləri ilə təmin olunub?

26 Avqust 2024, 15:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 7 ayında əlilliyi olan 67 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

 

Modern.az xəbər verir ki, onlardan 34 mini ambulator, 17 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.

 

Agentliyin reabilitasiya mərkəzlərində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları - robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. də tətbiq edilir. 

 

Habelə stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi