Bu gün AXCP qərargahında Milli Şuranın sessiyası işə başlayıb. Modern.az-ın məlumatına görə, sessiyada çıxış edən Cəmil Həsənli bildirib ki, toplantıda 60 nəfər iştirak edir.
Azərbaycanda keçirilmiş prezident seçkisi ilə bağlı məsələyə toxunan C.Həsənli deyib ki, ATƏT-in Varşava Bürosu seçkilərlə bağlı yekun rəy verəcək. “Biz də Milli Şura olaraq bundan sonra seçki ilə bağlı yekun rəy verəcəyik”.
Sonra C. Həsənli gündəliklə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İlkin PİRƏLİ