Bu gün ABŞ Konqresində qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın xarici əlaqələr üzrə diplomatları, Amerika-erməni icma liderlərinin nümayəndələri bir araya gələcək. Tədbirdə separatçı rejimin ABŞ-da nümayəndəlik açması istiqamətində müzakirələr gedəcək. Qondara qurumu “DQR”-in “parlament sədri” Aşot Qulyan təmsil edəcək.
Aqşin Kərimov