Modern.az

“TRT”nin əməkdaşları Qəzzada yaralandılar - FOTO

“TRT”nin əməkdaşları Qəzzada yaralandılar - FOTO

Dünya

27 Avqust 2024, 07:29

İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi zərbələr zamanı Türkiyənin “TRT” telekanalının əməkdaşları xəsarət alıblar.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

Bildirilib ki, telekanalın operatoru gözündən yaralanıb. Onunla yanaşı assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı deyilir.

 

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda faktı pisləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu