Modern.az

Bayden Modi ilə Ukraynanı müzakirə etdi 

Bayden Modi ilə Ukraynanı müzakirə etdi 

27 Avqust 2024, 08:20

Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir X hesabında yazıb.

 

Onlar Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə ediblər.

 

“Mən ABŞ Prezidenti Baydenlə telefonla danışdım, müxtəlif regional və qlobal məsələlər, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq. Bir daha qeyd etdim ki, Hindistan sülh və sabitliyin tezliklə bərpasını tam dəstəkləyir”, - deyə o bildirib.

 

"Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik. Bu ölkədə normal həyatın tez bir zamanda bərpa edilməsinin vacibliyini vurğuladıq", - deyə Hindistan hökumətinin başçısı qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu