“Eldar Namazov Milli Şuranın İcra Aparatı rəhbərliyi postundan istefa verib. Bilirik ki, onun işləri çoxdur və qərarı normal qarşılayırıq. Rüstəm İbrahimbəyov da bununla razılaşıb”.
Modern.az-ın məlumatına görə, bunu sessiyada çıxış edən Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli deyib.
O, İcra Aparatı postu ilə bağlı təklifin olduğunu deyib: “Təklif var ki, Milli Şura sədrinin yanında icra aparatı postu ləğv edilsin. Sədrlik aparatı yaradılsın”.
Modern.az