Modern.az

Həyətindən çətənə kolları və 10 kq-dan artıq narkotik aşkarlandı

Həyətindən çətənə kolları və 10 kq-dan artıq narkotik aşkarlandı

Aktual

27 Avqust 2024, 09:30

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Mehti Mehtiyev saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 42 ədəd çətənə kolu və 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI