Modern.az

"Anasını sevməyən vətənini sevə bilməz"

"Anasını sevməyən vətənini sevə bilməz"

Dünya

27 Avqust 2024, 09:56

Paris Olimpiya Oyunlarında mükafat qazanan və əli cibində atış etməklə dünyanın gündəminə düşən türkiyəli atıcı Yusuf Dikeç anası ilə bağlı paylaşımına yazılan təhqirlərə reaksiya verib.

 

Modern.az xəbər verir ki, o, anasının fotosuna gələn təhqirlərlə bağlı “Sabah”a danışıb.

 

“Hər zaman bunu deyirəm: Allah ana sevgisini, vətən sevgisini bu ölkənin gənclərinin qəlbində saxlasın. Çünki anasından utanan ölkəsindən də utanar. Anasını sevməyən vətənini sevə bilməz. Mustafa Kamal Atatürkün anası Zübeyde ananın fotosuna baxsınlar. O şəkillə bunun arasında nə fərq görürlər? Mən belə şeylərə fikir vermirəm. Bizim görməli olduğumuz çox iş var, amma bu cür zehniyyətə təslim olmayacağıq. Ölkəmiz daha yaxşı şeylərə nail olacaq”, - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu