Ölkəmizin səhiyyə sahəsində özünəməxsus yeri olan Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi fəaliyyətini genişləndirməkdədir.
Modern.az xəbər verir ki, səhiyyəmizin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirən “Referans”ın növbəti filialı Tovuzda açılıb.
“Referans”ın bütün açılan filialları beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərməklə ölkənin və regionun ən yaxşı tibb mərkəzləri şəbəkəsinə çevrilməkdədir. Hazırda Referans Tovuz Tibb Mərkəzi də ənənəyə sadiq qalaraq ən müasir avadanlıqlarla təchiz edilərək pasiyentlərin rahatlığı üçün beynəlxalq standarlara cavab verən tibbi protokollara uyğun qurulub. Referans Tovuz Tibb Mərkəzi 7000-dən çox laborator və check up müayinələri, peşəkar həkim qəbulları, Bakıdan dəvətli həkimlər, instrumental-diaqnostik müayinələri (USM, EXO-KQ, EKQ) ilə Tovuz və ətraf ərazidə yaşayan əhalinin xidmətindədir.
Qeyd edək ki, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinika mərkəzlərindən biri olan Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinika 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.
Ünvan: Tovuz ray., M.H.Şəhriyar küçəsi (Tovuz Rayon İcra Hakimiyyətinin yanı)
Əlaqə nömrəsi: +994703590033
Çağrı Mərkəzi: *0033