Modern.az

Sığortaolunanların sayı 5 milyonu keçib

Sığortaolunanların sayı 5 milyonu keçib

İqtisadiyyat

27 Avqust 2024, 11:24

2024-cü ilin yanvar-iyul aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 105 027 nəfər və ya 2,11% artıb.

 

Modern.az xəbər verir ki, Dövlət Sosial  Müdafiə Fondunun məlumatına görə 2024-cü ilin 1 avqust tarixinə uçota alınmış sığortaolunanların sayı 5 089 528 nəfər təşkil edib. 

 

Qeyd edək ki, fərdi uçot sistemi 2006-cı ildən Azərbaycanda fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq sığortaolunanlar haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Hər bir işləyən şəxs sistemdə öz fərdi şəxsi hesabını açdıraraq həmin hesabda öz pensiya kapitalını toplamaq imkanı əldə edir və bununla da gələcəkdə əmək pensiyası, digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırmış olur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi