Nyu York birjasında dondurulmuş portağal şirəsi konsentratının bir funtunun qiyməti 5,04 dollara yüksələrək tarixdə ilk dəfə 5 dollar həddini keçib. Bahalaşmaya səbəb portağal istehsal edən ölkələrdə bitki xəstəliklərinin yayılmasıdır.
Modern.az xəbər verir ki, son bir ayda portağal şirəsinin qiymətləri 16,13 faiz, bir ildə isə 57,66 faiz artıb.
Qlobal şirə istehsalının 70 fazidən çoxunu təmin edən Braziliyada portağal istehsalının perspektivləri barədə bədbin proqnozlar səsləndirilir.
ABŞ Kənd Təsərrüfatı Departamentinin proqnozlarına görə şirə istehsalı yaxın bir ildə 3 faiz azalaraq 1,5 milyon tona çatacaq ki, bu da 2019-cu ildən bəri minimum səviyyə hesab olunur.