Modern.az

Əhalinin banklardakı əmanəti: manat və dollarla qoyulan vəsait...

Əhalinin banklardakı əmanəti: manat və dollarla qoyulan vəsait...

İqtisadiyyat

27 Avqust 2024, 12:12

Dövlət Statistika Komitəsi Mərkəzi Bankın məlumatları əsasında əhalinin banklardakı əmanətlərinin məbləğini açıqlayıb.

Modern.az xəbər verir ki, komitənin məlumatına görə, 2024-cü ildə əmanətlərin məbləği 11,2 faiz artıb.

2024-cü il iyul ayının 1-nə əhalinin banklardakı əmanətləri milli valyuta ekvivalentində 14180,7 milyon manat təşkil edib.

Bu il əmanətlərin 66,1 faizi milli, 33,9 faizi xarici valyutada qoyulub.

Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 15,9 faiz artıb. 

2024-cü il iyul ayının 1-nə əhalinin banklardakı əmanətləri xarici valyuta ekvivalentində 4811,0 milyon ABŞ dolları təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi