Modern.az

Əli Kərimlidən Milli Şura sədrilə bağlı TƏKLİF

Əli Kərimlidən Milli Şura sədrilə bağlı TƏKLİF

3 Dekabr 2013, 17:45


“Seçkidə uğura nail olmuşuq. Bu nailiyyətlərdə xüsusilə iki nəfərin adını qeyd etmək lazımdır. Bu Rüstəm İbrahimbəyov və Cəmil Həsənlidir. Düzdür, başqalarının da əməyi çoxdur, amma bu iki nəfəri xüsusi qeyd etmək lazımdır”.

Modern.az-ın məlumatına görə, bunu AXCP sədri Əli Kərimli deyib.

AXCP sədri əlavə edib ki, Rüstəm İbrsahimbəyovun Milli Şura sədri postundan getməsinə baxmayaraq,  o, siyasi səlahiyyətləri olmayan fəxri sədr seçilsin.

“AXCP sədri hesab edir ki, Milli Şuranın missiyası unudulmamalıdır. Bundan sonra Milli Şuranın fəaliyyət istiqamətləri müəyyən olunmalıdır. Mübarizə davam etdirilməlidir. Xalq da bu yolda bizə dəstək olacaq”.

Milli Şuranın sessiyasında ACP sədri Sülhəddin Əkbər Cəmil Həsənliyə sual verib. S.Əkbər deyib ki, Rüstəm İbrahimbəyovun iki müraciəti olub: “Biri həmsdərliklə bağlı, digəri isə sədrlikdən istefa ilə bağlı. Bunun səbəbi nə ilə bağlıdır? Əsl istəyi nədir? Bəlkə Rüstəm İbrahiməyov nədənsə inciyib”.

Cəmil Həsənli S.Əkbərin suallarını cavablandırıb: “ Rüstəm müəlim qarşıdakı müddətdə Azərbaycana gəlməyi planlaşdırmır. Ona görə də Milli Şuranın işinə birbaşa sədrlik edə bilməyəcək. Bu məktubların yaızlmasında ona heç bir təsir, təzyiq olmayıb. O birinci məktubdan sonrakı müzakirələrdən sonra mənə məktub göndərdi.  Qeyd edib ki, “Milli Şura üzvlərinə çatdırasız ki, heç bir narazılığım və Milli Şuradan harasa getmək fikrim yoxdur. Nə qədər gücüm, potensialım varsa bunu sərf edəcəyəm. Milli Şurada varam və bunu sona qədər davam etdirəcəm”. Ən başlıcası odur ki, Rüstəm İbrahimbəyovun mürüaciəti var və hesab edirəm ki, kifayət qədər optimist notlarla yazılıb. Keçilən yola müsbət qiymət verilib”.

“Rüstəm İbrahiməyova təzyiq edilib. Əlbəttə, kimsə onun yaxasından tutub, təzyiq etməyib”. Modern.az-ın məlumatına görə, bunu Milli Şuranın sessiyasında qurumun üzvü Eldəniz Quliyev deyib. O bildirib ki, təzyiqin müəyyən formaları var.

“İstərdim ki, həmsədrlik məsələsi müzakirə edilsin. Rüstəm İbrahimbəyov həssas adamdır. Amma bu artıq, mümkün deyil”.

E. Quliyev Əli Kərimlinin “Rüstəm İbrahimbəyov fəxri sədr seçilməlidir” təklifini müsbət dəyərləndirib:
“Əli Kərimlinin təklif etdiyi məsələyə diqqətlə yanaşmaq lazımdır. Rüstəm İbrahimbəyov fəxri sədr seçilməlidir. Xahiş edirəm, bu məsələdə diqqətli olmaq lazımdır”.

İlkin PİRƏLİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU