“Milli Şura yeni mərhələdədir. Fəaliyyət istiqamətlərini qurmalıyıq. Qurumda islahatlar aparılmalıdır. Strateji sənəd hazır olmalıdı. Bunun adı hərəkət planı qoyula bilər. Təklifləri həyata keçirmək üçün işçi qrupu formalaşdırılsın”.
Modern.az-ın məlumatına görə, bunu ACP sədri Sülhəddin Əkbər deyib. O, Rüstəm İbrahimbəyovun istefa verməsini düzgün addım hesab etməyib:
“Rüstəm müəllim kimi ictimai xadimin bu cür addım atması nöqsanlıdır. Həmsədrlik İnsititunun yaradılmasının tərəfdarıyam”.