Modern.az

Ağac kəsmə faktlarına görə 850 min manat ziyan ödətdirilib

Ağac kəsmə faktlarına görə 850 min manat ziyan ödətdirilib

27 Avqust 2024, 13:58

Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalarla bağlı 850 min manata yaxın ziyan ödətdirilib.

 

Modern.az xəbər verir ki, bu sözləri bu gün Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.

 

"2024-cü ildə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılmış, araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilmiş, 90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilmişdir."-deyə Elnur Musayev qeyd edib.

 

"İdarə tərəfindən başlanmış 120 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və 49 təqdimatın əhəmiyyətli hissəsi ekoloji hüquqpozmalarla əlaqəli olmuşdur."-deyə Elnur Musayev əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi