Modern.az

Deputatlığa namizəd 37 seçki məntəqəsində görüşlərini yekunlaşdırıb - FOTO

Deputatlığa namizəd 37 seçki məntəqəsində görüşlərini yekunlaşdırıb - FOTO

27 Avqust 2024, 14:48

13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayeva təşviqat kampaniyası çərçivəsində dairə ərazisində yerləşən 37 seçki məntəqəsinə ziyarəti yekunlaşdırıb.

 

Modern.az xəbər verir ki, namizəd seçki məntəqələrinin sədrləri və üzvləri ilə tanış olub, onlarla söhbət edib.

 

Gülşən Paşayeva seçicilərin rahat, şəffaf şəraitdə səs verməsi üçün yaradılan şəraitlə yaxından tanış olub.

 

O həmçinin seçici siyahılarına baxış keçirib.

 

Gülşən Paşayeva məntəqə sədrlərinə və üzvlərinə işlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, deputatlığa namizəd Gülşən Paşayeva təbliğat-təşviqat kampaniyası müddətində 13 saylı Xəzər ikinci sekçi dairəsi üzrə bütün məntəqələri ziyarət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi