Modern.az

Bülletenlər məntəqə seçki komissiyalarına paylanılır - Rövzət Qasımov

Bülletenlər məntəqə seçki komissiyalarına paylanılır - Rövzət Qasımov

Aktual

27 Avqust 2024, 16:56

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenləri məntəqə seçki komissiyalarına paylanılır.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

 

O, avqustun 29-dək bu prosesin başa çatdırılacağıbı bildirib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi