Milli Şuranın dekabrın 3-də keçirilən sessiyasında dava düşüb. Modern.az-ın məlumatına görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının çıxış edərək Milli Şuranın real qüvvələrdən təşkil olunmasının vacibliyini vurğulaması iclasda iştirak edənlərdən bəzilərinin narazılığına səbəb olub. KXCP üzvlərinin A.Hacılıya atmaca atması Müsavatın Divan üzvü Tural Abbaslını özündəm çıxarıb. Nəticədə tərəflər bir-birinin üstünə yeriyib. Daha sonra dalaşanları sakitləşdiriblər.