Modern.az

Ötən ay ixrac olunan neft məhsullarının miqdarı açıqlandı

Ötən ay ixrac olunan neft məhsullarının miqdarı açıqlandı

3 Dekabr 2013, 19:12

2013-cü ilin noyabr ayında 163 ton avtomobil benzini, 80 min 12 ton dizel yanacağı, 7 min 293 ton təyyarə yanacağı və 179 ton soba mazutu ixrac edilib.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən anspress.com-a verilən məlumata görə, ümumilikdə, 11 ay ərzində 14 min 198 ton avtomobil benzini, 824 min 292 ton dizel yanacağı, 115 min 935 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilib.

Bu ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 928,27 dollar, təyyarə yanacağının - 962,00 dollar, dizel yanacağının - 909,73 dollar, 1 faizli kükürdlü mazutun - 601,19 dollar təşkil edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU