
Milli Şuranın dekabrın 3-də AXCP qərargahında keçirilən sessiyasında Rüstəm İbrahimbəyovun qurumun sədrliyindən azad olunmaq xahişi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklif olunub.
Çıxışlardan sonra səsvermə nəticəsində Rüstəm İbrahimbəyovun sədrlikdən getmə məsələsi müsbət həll olunub, amma bununla yanaşı, o, quruma fəxri sədr seçilib.
Fikir mübadiləsindən sonra Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarixçi-alim Cəmil Həsənli isə qurumun yeni sədri seçilib.
Sessiyada Rəsul Quliyevin şura üzvlüyündən çıxarılma məsələsinə də baxılıb. Səsvermə nəticəsində o, üzvlükdən çıxarılıb.
Modern.az