Modern.az

Beynəlxalq Əlillər Günü ilə bağlı Lənkəranda tədbir keçirilib

 Beynəlxalq Əlillər Günü ilə bağlı Lənkəranda tədbir keçirilib

3 Dekabr 2013, 20:11

3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı Lənkəranda tədbir keçirilib. Tədbirdə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən, fiziki sağlamlığını itirən əlillər, əlil arabaları və qiymətli hədiyyələrlə təmin edilib.

Tədbirdən öncə, qonaqlar əlillərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Tədbirdə çıxış edən Lənkəran rayon sosial müdafiə mərkəzinin direktoru Rafael Tahirov Lənkəranda əlillərin həyat şəraitini yaxşılaşdırılmasından ötrü, 90 əlil mənzillərələ təmin olundığını bildirib. 10-a yaxın əlil üçün isə fərdi yaşayış evi tikilərək onların istifadəsinə verilib.

Bununla yanaşı Lənkəranda Əlillərin Regional Bərpa Mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə əlillərin sağlamlıqlarında yaranan pröblemlər təmənnasız olaraq ardan qaldırılır. Bu günə kimi mərkəzin imkablarından 2500 yaxın əlil istifadə edib.

Qeyd edək ki, Lənkəranda 12780 nəfər əlil var. Onların bir qismi Böyük Vətən, Qarabağ müharibəsi, Əfqanistan ve Çernobılda saglamlıqlarını itirən insanlardır.

Tədbirdə, Lənkəran rayon İcra hakimiyyətinin təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə fiziki sağlamlığını itirən 10 əlilə, əlil arabaları verilib. Eləcə də bir qrup əlilə maddi yardım göstərilib.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU