Modern.az

Restorandan xırdabuynuzlu heyvanlar oğurlayanlar TUTULDU

Restorandan xırdabuynuzlu heyvanlar oğurlayanlar TUTULDU

28 Avqust 2024, 08:35

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub.

Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi