Modern.az

Tramp yenidən ittiham olunur

Tramp yenidən ittiham olunur

Dünya

28 Avqust 2024, 08:21

Keçmiş Amerika lideri və hazırda prezidentliyə namizəd Donald Tramp ABŞ seçkilərinin nəticələrinin təsdiqlənməsinə müdaxilə cəhdləri ilə bağlı yenidən ittiham olunub.

 

Modern.az xəbər verir ki, bu barədə AP yazıb.

 

Qeyd olunub ki, yeni rəy ölkə Ali Məhkəməsinin 1 iyul tarixli qərarı əsasında hazırlanıb. Buna əsasən, eks-prezidentin hüquqi təqibdən qismən toxunulmazlığı var.

 

Xüsusi ittihamçı siyasətçinin məhkəmə prosesinin davam etdiyi eyni ittihamlarla təqib edilməsinin zəruriliyində israr edir.

 

Tramp özü yeni ittihamnaməni seçkilərə müdaxilə və diqqəti ABŞ-ın vitse-prezidenti Kamala Harrisin uğursuzluqlarından yayındırmaq cəhdi adlandırıb.

 

Eyni zamanda, keçmiş ABŞ lideri ona qarşı bütün cinayət və mülki işlərə xitam verməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu