Modern.az

Polis Xaçmazda əməliyyat keçirdi - 379 kiloqram çətənə kolu aşkarlandı

Polis Xaçmazda əməliyyat keçirdi - 379 kiloqram çətənə kolu aşkarlandı

28 Avqust 2024, 09:08

Xaçmazda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, əməliyyatlarla rayon sakinləri Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar.

 

Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.

 

Həmçinin, keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi