Modern.az

Ukrayna ordusu Rusiyanın neft bazasına hücum edib

Ukrayna ordusu Rusiyanın neft bazasına hücum edib

Dünya

28 Avqust 2024, 08:40

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində neft bazasına hücum edib.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Kamenski rayonunun Molodejnı kəndi yaxınlığında yerləşən neft bazasına hücum gecə saat 3 radələrində baş verib.

 

Hücum zamanı iki pilotsuz təyyarə neft bazasının ərazisinə düşüb. Yanğın başlayıb.

 

Ölən və yaralananların olmadığı bildirilir. Hazırda iki yanğınsöndürən briqadası hadisə yerindədir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu