Modern.az

Elza İbrahimovanın yubileyi keçiriləcək

Elza İbrahimovanın yubileyi keçiriləcək

3 Dekabr 2013, 21:02

Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi qeyd ediləcək. Filarmoniyadan  APA-ya verilən məlumata görə, tədbirdə “Dan ulduzu” ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə və başqaları Elza İbrahimovanın mahnılarını səsləndirəcəklər. Yubiley gecəsində bəstəkar Oqtay Rəcəbov, şair Vahid Əziz bəstəkarın yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələrdən söz açacaqlar.

Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?