İtalıyanca "şişmə" mənasını verən inflyasiya həyatımızın bütün sahələri ilə sıx bağlıdır.
İnflyasiya mal və xidmətlərin ümumi qiymət səviyyəsinin zamanla artımını ifadə edən makroiqtisadi göstəricidir.
Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var: mülayim, sürətli və hiper inflyasiya
İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır.
Qiymət artımı 10 faizi keçdikdə sürətli, faizlə deyil, dəfə ilə hesablandıqda ifrat və ya hiper inflyasiya qeydə alınır.
Azərbaycanın müstəqilllik illərində bu inflyasiya formalarının hər biri yaşanıb.
Modern.az müstəqillik illərində Azərbaycanda qeydə alınan inflyasiya göstəricilərini araşdırıb.
Mərkəzi Bank və Dövlət Statistika Komitəsinin məlumatlarından görünür ki, ölkəmizdə qiymətlərin dəyişməsi müxtəlif illərdə fərqli formalarda təzahür edib.
Bu sahədə ən ağır vəziyyət 1993-1995-ci illərdə qeydə alınıb.
1993-cü ildə bahalaşma 13, 1994-cü ildə 14, 1995-ci ildə 6 dəfə olmaqla hiperinflyasiya qeydə alınıb.
1996-1997-ci illərdə proseslər səngisə də ikirəqəmli və ya “dördnala çapan” inflyasiya baş verib.
Bundan sonra nəinki qiymətlər artıb, hətta ucuzlaşma baş verib. 1998-ci ildə illik qiymətlər 1, 1999-cu ildə isə 9 faizədək enib.
Bu proses yalnız 2 il davam edib və sonralar heç vaxt təkrarlanmayıb.
Düzdür, ayrı-ayrı illərdə mövsümlə əlaqədar bəzi aylarda aylıq deflyasiya qeydə alınsa da, bu qısamüddətli olub və davamlı xarakter daşımayıb.
2000-ci ildən başlayaraq 15 il bu sahədə sabitlik müşahidə olunub və illik inflyasiya birrəqəmli həddə qeydə alınıb.
2016-17-ci illərdə yenidən 12 faiz həddində ikirəqəmli qiymət artımı qeydə alınıb.
2018-2021-ci illərdə ölkə üzrə qiymət artımı 10 faizi keçməyib.
Yalnız 2022-ci ildə qiymətlər yenidən yüksəlib və illik artım 14 faizə yaxınlaşıb.
2023-cü ildə istehlak qiymətlərinin dəyişməsi 8,8 faiz olub.
2024-cü ilin 7 ayında isə illik inflyasiya 2,7 faiz təşkil edib.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə Azərbaycanda illik inflyasiyanı 5,3 %, Birləşmiş Millətlər Təşkilatı 5,9 %, Beynəlxalq Valyuta Fondu 4,7 %, Dünya Bankı 5,8 % proqnozlaşdırıb.
İllər |
İnflyasiya göstəricisi |
||
1993 |
1129.1 |
||
1994 |
1663.5 |
||
1995 |
411.8 |
||
1996 |
19.9 |
||
1997 |
13.7 |
||
1998 |
-0.8 |
||
1999 |
-8,5 |
||
2000 |
1.8 |
||
2001 |
1.5 |
||
2002 |
2.8 |
||
2003 |
2.2 |
||
2004 |
6.7 |
||
2005 |
9.6 |
||
2006 |
8.3 |
||
2007 |
6.7 |
||
2008 |
0.8 |
||
2009 |
1.5 |
||
2010 |
5.7 |
||
2011 |
7.9 |
||
2012 |
1.1 |
||
2013 |
2.4 |
||
2014 |
1.4 |
||
2015 |
4.0 |
||
2016 |
12.4 |
||
2017 |
12.9 |
||
2018 |
2.3 |
||
2019 |
2.6 |
||
2020 |
2.8 |
||
2021 |
6.7 |
||
2022 |
13.9 |
||
2023 |
8.8 |