Modern.az

Bakıda evdən 39 ədəd çaydan oğurlandı

Bakıda evdən 39 ədəd çaydan oğurlandı

Aktual

28 Avqust 2024, 13:04

Avqustun 27-də Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən evlərin birindən 3120 manat dəyərində 39 ədəd elektrik çaydanının oğurlanması barədə Nərimanov RPİ 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ö.Abdullayev və 2 yetkinlik yaşına çatmayan şəxs müəyyən olunaraq saxlanılıblar. 

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi