Modern.az

Suriya, Türkiyə istisna olmaqla qonşu ölkə ərazilərindən yardım qəbul etməyə razıdır

Suriya, Türkiyə istisna olmaqla qonşu ölkə ərazilərindən yardım qəbul etməyə razıdır

4 Dekabr 2013, 01:02

BMT qonşu ölkələrin ərazilərindən Suriyanın zərər görmüş rayonlarına birbaşa humanitar yardım tədarükü ilə bağlı Dəməşqin razılığını alıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyə ilə sərhəd rayonlar istisnadır:

"Belə ki, Suriya hakimiyyətində bu rayonlarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlıq var".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU