Modern.az

Recaynanın Kivanis parkında “Azərbaycan-Kanada münasibətlərinin şərəfinə” lövhəli skamya yerləşdirilib

Recaynanın Kivanis parkında “Azərbaycan-Kanada münasibətlərinin şərəfinə” lövhəli skamya yerləşdirilib

Diaspor

28 Avqust 2024, 13:48

Kanadanın Recayna şəhərində yerləşən Kivanis parkında üzərində “Azərbaycan-Kanada münasibətlərinin şərəfinə” lövhəsinin olduğu skamya yerləşdirilib.

 

Recayna Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşəbbüsü ilə yerləşdirilən skamyanın üzərində iki multikultural ölkə – Azərbaycan və Kanada arasında rəsmi olaraq diplomatik əlaqələrin 1992-ci il avqustun 10-da qurulduğu qeyd edilib. 

 

İcma üzvləri bu təşəbbüsün iki ölkənin ortaq dəyərlərini birləşdirən hadisə olduğunu bildirib və Azərbaycanla Kanada arasında dostluq, tərəfdaşlıq əlaqələrinin daha uzun illər davam etməsini arzulayıblar.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?