Modern.az

Cavanşir Feyziyev əsl millət vəkili, xalqın elçisidir - Seçicilər

Cavanşir Feyziyev əsl millət vəkili, xalqın elçisidir - Seçicilər

Aktual

28 Avqust 2024, 14:36

115 saylı Şəki kənd seçki dairəsindən namizəd olan VI çağırış Milli Məclisin deputatı Cavanşir Feyziyevin seçicilərlə görüşləri davam edir.

 

Modern.az xəbər verir ki, indiyə kimi deputat Cavanşir Feyziyevin ünvanına daxil olmuş bütün müraciətlərə baxılıb. Qanunvericiliyin tələblərinə uyğun müraciətlərlə bağlı müvafiq addımlar atılıb. Vətəndaşları narahat edən məslələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məslələr qaldırılıb və tədbirlər görülüb. Seçki dairəsinin müxtəlif kənd, qəsəbə və məhəllərində seçicilərlə çox saylı görüşlər keçirilib. Bu müddət ərzində 1000-dən çox tələbəyə təhsillə bağlı dəstək göstərilib. 1000-dən çox vətəndaşa sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı səhiyyə xidmətlərinin göstərilməsi təmin olunub. Müraciət etmiş 100-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib. Seçki dairəsi ərazisində yerləşən bir sıra məktəblərin və uşaq bağçalarının maddi texniki bazasının möhkəmlənməsinə yardımlar edilib. Şəki rayonu ərazisində yerləşən şəhid ailələri və qazilərə maddi və mənəvi dəstək göstərilib.

 

115 saylı Şəki kənd seçki dairəsinin seçiciləri deputatlığa namizəd Cavanşir Feyziyevlə bağlı öz fikirlərini bölüşüblər.

 

Onları sizə təqdim edirik:

 

Tele-jurnalist, siyasi icmalçı Ələddin Əsədov:

 

“Cavanşir Feyziyev Azərbaycanımızın, Şəkimizin fəxridir.Şəkidə  kənddə doğulub, təhsil alan, böyüyən və Azərbaycanımızın ən böyük tribunalardan səsi gələn  Cavanşir  Feyziyev doğrudan da bugünkü gündə Azərbaycanımızın fəxr olunan bir övladıdır.  Şəki maarifçilər diyarıdır.  Hələ Mirzə  Fətəli Axundovdan başlayan maarifçilik, daha sonra görkəmli alimlərimiz, yazıçılarımız, şairlərimiz  tərəfindən davam etdirilir. Maarifçilik ziyalı üçün verilmiş böyük keyfiyyətdir. Bu gün biz fəxrlə deyə bilərik ki, Cavanşir Feyziyev Axundov ənənələrinin davamçısıdır”.

 

Elmlər doktoru, Professor, əməkdar müəllim Firədun İbrahimov:

 

“Cavanşir müəllim ilahi eşqin daşıyıcılarından biridir. Bu adamda ilahiyə, yaradana elə mütləq sevgi var ki digər bütün münasibətləri o sevgidən qaynaqlanır. Bu mənada insanlar onun bu sevgisinə, məhəbbətinə qarşılıq verirlər. Beləliklə də, onların Cavanşir Feyziyevə olan münasibəti  digər ictimai  varlıqlardan köklü şəkildə fərqlənir. İkinci bir əlamət də var. Bu insan  hər kəsin yanında olmaq gerçəkliyinin daşıyıcısıdır”.

 

Əməkdar jurnalist  Akif Salam:

"Şəhid ailələri, qazilər Cavanir müəllimin həmişə könül dəftərindədir. Kiş kəndidən Cavanşir müəllimin təşəbbüsü ilə 8 şəhid qəbirüstü abidəsi yenidən qurulub".

 

Şəki Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov:

 

“Qazilərlə, veteranlarla münasibətdə, onlarla görüş tədbirlərində daim  Cavanşir  Feyziyevin onların hüquqi, sosial vəziyyətilə maraqlanmağının şahidi olmuşam. Eyni zamanda hər bir qazinin xəstəliyi ilə, yaranan problemləri ilə bağlı bəzən özü ilə birlikdə müəyyən komissiyaların getməsi, onların  yerində həllinin dəfələrlə şahidi olmuşam. Mənə elə gəlir ki, Cavanşir Feyziyev əsl millət vəkilidir. O xalqın elçisidir”.

 

Turan qəsəbəsi tam orta məktəbin sabiq direktoru Baba Yusifov:

 

“Məktəbdə oxuduğu dövrdə Cavanşir müəllim öz səliqəsi, tərbiyəsi, dünyaya baxışı ilə  yoldaşlarından seçilirdi.  Buna görə də Cavanşir Feyziyev istər ona dərs deyən müəllimlərin, istərsə də şagird yoldaşlarının  ən sevimli dostuna çevrilmişdi. Məktəbi bitirdikdən sonra Cavanşir müəllimin keçdiyi həyat yolu bir daha sübut etdi ki, o sözün əsl mənasında fədakar, vətənpərvər, təşəbbüskar, səmimi insandır”.

 

Əməkdar müəllim, Məqsud Mustafayev: “Cavanşir müəllim, nümunəvi bir ziyalıdır, alimdir. O, hərtərəfli, universal şəxsiyyətdir. Ona görə də  Cavanşir müəllim elə bir şəxsiyyətdir ki, xalqımız gərək onu  qorusun. O, bizim demək olar ki, elmi sərvətimizdir.  Bu sərvəti qoruyub, qiymətləndirmək lazımdır”.

 

Şəki Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Mustafa Əhmədov:

 

“ Mənim fəaliyyət  göstərdiyim ictimai vəzifə istər-istəməz məni rayonda olan tədbirlərə diqqətlə yanaşmağa məcbur edir. O cümlədən seçkilərdə  Seçki Dairə Komissiyalarında fəaiyyət göstərmişəm.  Cavanşir Feyziyev deputat seçilən zamanlar həmişə xalqın içərisində özünü millət vəkili kimi nümayiş etdirib. Onun fəaliyyəti Kiş kəndində güzgü kimi aydındır. M Cavanşir müəllim qeyri-kütləvi, ayrı vətəndaşların da heç birinin müraciətlərini  yaddan çıxarmır. Mən bunun canlı şahidiyəm. Mən Cavanşir  müəllimə yeni seçkilərdə müvəffəqiyyətlər arzu edirəm. Ona ürəklə səs verməyə hazıram”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi