Modern.az

Bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi

Bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi

Aktual

28 Avqust 2024, 15:40

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 29-dan Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Modern.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Mətbuat prospekti, Nazim Hikmət və Fərman Salmanov küçələri, Kənar dairəvi yol ilə təşkil ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi