Dekabrın 5-10 aralığında Nizami Kino Mərkəzində Rusiya filmləri həftəsi keçiriləcək. Modern.az-ın məlumatına görə, həftəliyin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, “Fest-film” studiyası və Nizami Kino Mərkəzidir. Kino günləri çərçivəsində Azərbaycan tamaşaçıları "Matç", "Mən yanında olacam", "Casus", "İki gün", "Kino ərazisində müharibə", "Metro", "Ku! Kin-dza-dza" ("Ку! Кин-дза-дза") filmlərinə baxa biləcək.