Modern.az

Dələduz vəkil həbs edildi

Dələduz vəkil həbs edildi

Aktual

28 Avqust 2024, 17:00

Azərbaycanda daha bir vəkil həbs edilib.

 

Modern.az-ın xəbərinə görə, dələduzluqda ittiham olunan Fuad Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev haqda həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, vəkil Əliyev Fuad Vilayət oğlu ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 17 may 2024-cü il və 10 iyul 2024-ü il tarixlərində fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi