Modern.az

Durov məhkəməyə gətirildi

Durov məhkəməyə gətirildi

28 Avqust 2024, 17:12

Teleqramın həmtəsisçisi Pavel Durov Paris məhkəməsinə gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, onun ilkin saxlanılma müddəti başa çatıb.

 

Xatırladaq ki, P.Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Fransa KİV-in məlumatına görə, Fransa vətəndaşlığı olan P.Durov ölkədə axtarışda olan şəxslərin siyahısında yer alırdı.

 

O, bir sıra cinayətlərdə, o cümlədən “Telegram”ın ölkə hökuməti ilə əməkdaşlıqdan imtina etməsində ittiham olunur.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu