Modern.az

Əli Məsimli Qaxda görüşləri davam etdirir - FOTO

Əli Məsimli Qaxda görüşləri davam etdirir - FOTO

Aktual

28 Avqust 2024, 22:36

1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbligat-təşviqat kompaniyası çərcivəsində 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əli Məsimlinin seçicilərlə nöbvəti görüşü avqustun 28-də Qax rayonunun Qaşqaçay və Aşağı Malax kəndlərində olmuşdur.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əli Məsimli seçkiqabağı platformasının əsas məqamları, fəaliyyəti dövründə hazırladığı qanun layihələri və digər sənədlər barədə məlumat verdi. Bildirdi ki, bir sıra qanunlara dəyişikliklərlə bağlı layihələrin üzərində işləyir və etimad göstərildiyi təqdirdə onların üzərindəki işləri tamamlayıb təqdim edəcək.

        Qadınların məşğulluğuna və qadın sahibkarlığının inkişafına dəstək verən amillərdən danışarkən Əli Məsimli bildirib ki, qadınların cəmiyyətdə rolunun artırılması sosial-iqtisadi inkişafı sürətləndirən amillərdəndir. Azərbaycan qanunvericiliyi ilə qadınların, o cümlədən qadın sahibkarların hüquqları qorunur. Bu sahədə həyata keçirilən tədbirlərdən danışan Əli Məsimli onu da qeyd edib ki, buna daha geniş anlamada nail olmaqdan ötrü, bir tərəfdən ümumiyyətlə ölkə miqyasında, xüsusən də regionlarda qadinların işləməsi üçün daha münasib olan iş yerlərinin dairəsi genişləndirilməlidir. Qadınların daha çox çalışdığı təhsil və səhiyyə ilə yanaşı, onların emal sənayesi, yüngül və yeyinti sənayesi, xidmət, biznes sahələrində çalışmaları üçün geniş və real şərait yaradılmalır. Əli Məsimli qeyd etdi ki, digər tərəfdən isə vergi, kredit və başqa sahələrdə tətbiq olunan güzətlərdən qadın sahibkarların daha geniş istifadə edə bilməsi istiqamətində əlavə tədbirlərin görülməsi məqsədəuyğun olardı.  

         Əli Məsimli əlavə edib ki, ölkəmizdə istehsal olunan sənaye məhsullarının çox az hissəsi regionların payına düşür. Sənaye yüngül və yeyinti sənayesinin payının artırılması istiqamətində görülən işlərin coğrafiyasının geniləndirilmsi çox vacibdir. Bu yöndə istehsalının ərazi strukturu regionların xeyrinə təkmilləşdirilməli, regionlarda qadın və gənclərin məşğulluğunun genişləndirilməsi sahəsində real nəticələri aydın görünən tədbirlər görülməlidir. 

Görüşdə seçicilərin sualları və qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb və müraciətlər qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi