Modern.az

Azərbaycanın Şimal rayonlarına güclü qar yağıb

Azərbaycanın Şimal rayonlarına güclü qar yağıb

4 Dekabr 2013, 10:43

Azərbaycanın Şimal bölgəsinə qar yağıb.Trend-in məlumatına görə, Şamaxıya yağan qar rayon ərazisindəki avtomobil yollarına təsirsiz ötüşməyib. Gecədən yağan qar yolların buz bağlamasına səbəb olub. Bu isə, ən təhlükəli yollardan olan Şamaxı-Pirqulu yolunda sürcülər üçün çətin anlar yaşadıb.

Pirqulu istiqamətində hərkətə olan bütün avtomobillər yoldan qayıdıb. Bəziləri isə gecəni yolda keçirib.

Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 10-15 santimetrdən artıq qar yağıb. Qarın ən çox düşdüyü yerlər Məlhəm, Dəmirçi, Qızmeydan və Pirbəhli kəndləri olub.

Qeyd edək ki, qarın yağmasına baxmayaraq, Bakı-Şamaxı magistralı hərəkətə açıqdır.

Quba və Qusar rayonlarının bəzi kəndlərinə 20 sm-dək qar yağıb.

***

ETSN Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbər verildiyi kimi dekabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişmiş, şimal-qərb küləyi şiddətlənmiş, əksər rayonlarda yağıntılı olmuş, bəzi yerlərdə intensivləşmiş, sulu qar və qar yağıb.
Abşeron yarımadasında axşam saatlarında yağışın sulu qara keçməsi qeydə alınıb.  Departamen ötən günün hava şəraiti ilə bağlı aşağıdakıları bildirib:

Külək: Şimal-qərb küləyinin sürəti Mingəçevirdə 35 m/s, Tərtərdə 33 m/s, Zərdabda 32 m/s, Bərdə, Naftalanda 30 m/s, Ceyrançöl, Göyçayda 28 m/s, Gəncədə 24 m/s, Ağstafa, Tovuz, Biləsuvarda 22 m/s, Xaçmaz, Yevlaxda 20 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 27-32 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.5 metrə çatıb.

Yağıntı: Göygöldə 14 mm, Yardımlıda 12 mm, Daşkəsən, Altıağacda 11mm, Quba, Lerikdə 9 mm, Kəlvəzdə 7 mm, digər rayonlarda 0-6 mm, Bakıda və Abşeron yarımadasında 0.3-8 mm, Abşeron dəniz rayonunda 1-9 mm yağıntı qeydə alınıb.

Qar örtüyünün hündürlüyü: Qusar rayonunun Ləzə məntəqəsində 23 sm, Altıağacda 20 sm, Xaltan, Susay, Qonaqkənddə 18 sm, Rvarudda 16 sm, Lerikdə 15 sm, Yardımlıda 13 sm, Kəlvəz, Rük, Quba, Qusarda 12 sm, Küpçal, Təngəaltı, Nohurdüzündə 10 sm, Daşkəsən, Göygöldə 7 sm, Qırız, Xınalıqda 5 sm, Gədəbəy, Mərəzədə 3 sm olub.

Temperatur: Dekabrın 04-də gecə havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-3, aran rayonlarında 0-5 dərəcə isti, dağlıq rayonlarda 7-10 dərəcə şaxta, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 1dərəcəyədək isti təşkil edib.

Modern.az


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU