Modern.az

FHN-in amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə aparır

FHN-in amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə aparır

Aktual

29 Avqust 2024, 09:08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi