Modern.az

Rəsul Quliyev AXCP və Müsavata sataşdı

Rəsul Quliyev AXCP və Müsavata sataşdı

4 Dekabr 2013, 10:57


Modern.az
saytı xəbər verir ki, Milli Şuranın dünənki sessiyasında bu quruma üzvlükdən çıxarılan eks-spiker Rəsul Quliyev buna cavab olaraq “müxalifətin bostanına daş atıb”.

Rəsul Quliyev Azərbaycan müzalifətini Ukrayna müxalifəti ilə müqayisə edərək bildirib:

“Görəsən hansı dəlilər gətirilsə, bizim özlərini müxalifət adlandıran liderlər çəkilib gedər,  Azərbaycana təzə havanın gəlməsinə imkan yaradar. Görəsən bu insanlar hay-küy salan və onlara tərif qaçan az savadlı gənclərdən başqa gəncləri də oxuya bilər. Bəlkə onda başa düşərlər ki, onlardan qat-qat ağıllı gənclər formalaşıb, bu adamlara da imkan vermək lazımdır. Və onlar heç vaxt müxalifətin ərpmiş komandalarına qoşulmayacaq”.

Rəsul Quliyev gəncləri indiki müxalifətlə münasibətdən maksimum uzaqlaşmağa çağırıb.
“Həmin partiyalardan olan gənclərin çıxışlarına baxın, elə bil AXCP və Musavat partiyalarının liderlərinin prototipləridir. Onlar kimi danışır ,mənasız şüarlar deyirlər. Onlar bu partiyalarda qalsalar, 20 ildən sonra elə indikilər kimi olacaq”.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU