Modern.az

"Aqrarkredit" BOKT milyonluq əmlaklarını satışa çıxarır

"Aqrarkredit" BOKT milyonluq əmlaklarını satışa çıxarır

29 Avqust 2024, 10:20

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan bir sıra əmlakın satışı üzrə hərrac keçiriləcək.

Modern.az xəbər verir ki,  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qurumun satıça çıxardığı əmlakların siyahısını açıqlayıb.

Hərracda İmişli rayonu, Kürdəmir-Biləsuvar şossesinin kənarında yerləşən 8,5 hektar sahədə 21675 kvadratmetr əmlak kompleksi (start qiyməti 10 milyon manat), İmişli rayonu, Otuziki kəndində yerləşən (İmişli-Kürdəmir yolu) 12054 kvadtarmetr sahəsi olan daşınmaz əmlak (start qiyməti 8 milyon manat), Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisində yerləşən  və 432 kvadratmetr sahəsi olan fərdi yaşayış evi (start qiyməti 290 mion manat),, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmmədov küçəsində 1790 kvadratmetr (start qiyməti 1 milyon 490 min manat),  Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 482 (844 min manat)  və 339 kvadratmetr (start qiyməti 595 min manat) sahələri olan obyektlər satılacaq.

Hərrac 30 sentyabr 2024-cü ildə saat 11-də Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi