Modern.az

Heydər Əsədov müşavirə keçirib

Heydər Əsədov müşavirə keçirib

4 Dekabr 2013, 11:42


Kənd Təsərrüfatı Nazirliyində aqroservis fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə görülən işlər, mövcud problemlər və onların həlli yollarına həsr olunmuş respublika müşavirəsi keçirilib. 
Modern.az-ın məlumatına görə, müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsindən, qeyri-neft sektorunun inkişafından, kənd təsərrüfatına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, bu sahədə kooperativlərin yaradılmasının vacibliyindən danışıb. Aqrar sahəyə göstərilən diqqət və qayğıdan söhbət açan nazir bildirib ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılması üçün böyük potensial var. H. Əsədov kənd təsərrüfatı sahəsində xidmətlərin yaxşılaşdırılmasının, islahatların aparılmasının vacibliyini vurğulayıb. 

Nazir Aqrolizinq ASC-nin filiallarından daxil olan vəsaitlərin həcminin artırılması, yığım prosesinin sürətləndirilməsi, göstərilən xidmətlərin yaxşılaşdırılması, gübrələrin yerlərə çatdırılması, bölüşdürülməsi, satışının təşkili və digər məsələlər ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.

Modern.az  

Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU