Modern.az

Ukraynanın yeni ballistik raketi 600-700 kilometr uçmağa qadirdir - Podolyak

Ukraynanın yeni ballistik raketi 600-700 kilometr uçmağa qadirdir - Podolyak

29 Avqust 2024, 12:16

"Ukraynanın yeni ballistik raketi 600-700 kilometr uçmağa qadirdir".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

 

O deyib ki, Ukraynanın yeni ballistik raketi 600-700 kilometr məsafədəki obyektləri vurmağa qadirdir. Müşavir həmçinin bildirib ki, silahların təkcə keyfiyyəti deyil, həm də kəmiyyəti mühüm rol oynayır, çünki Rusiya Federasiyası ilə müharibə çox gərgindir, ona görə də Ukrayna bu cür raketlərin istehsalını genişləndirəcək.

 

“Yüksək intensivlik və genişmiqyaslı müharibələrdə kəmiyyət rol oynayır”, - Podolyak bildirib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu