Modern.az

Azərbaycanda boşanan ailələrin uşaq sayı - ŞOK STATİSTİKA

Azərbaycanda boşanan ailələrin uşaq sayı - ŞOK STATİSTİKA

Ölkə

29 Avqust 2024, 12:40

Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmalar hər il artır. Təbii ki, dağılan ailələrin bir çoxunda uşaqlar da var və boşanmalardan ən çox əziyyət çəkənlər də onlar olur.

Bəs son 1 ildə boşanan neçə ailə uşaqlı, neçəsi uşaqsızdır?

Modern.az saytı bu suala cavab tapmağa çalışıb.

Dövlət Statistika Komitəsindən saytımıza bildirilib ki, 2023-cü ildə Azərbaycanda 21688 boşanma qeydə alınıb.

Boşanan ailələrin 9510-da uşaq dünyaya gəlməyib.

Dağılan 4748 ailə bir uşaqlı olub. 7430 ailədə isə uşaqların sayı iki və daha çox olub. Bu, ümumilikdə 12178 uşaqlı ailə deməkdir.

2023-cü ildəki boşanmalar nəticəsində 21689 uşaq valideynlərdən biri ilə qalmağa məcbur olub.

Bu rəqəmlər əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. 2024-cü ilə dair rəqəmlərin isə bir qədər də çox olacağı istisna edilmir.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM