Modern.az

Ötən il 130 min ton tərəvəz itkiyə gedib

Ötən il 130 min ton tərəvəz itkiyə gedib

İqtisadiyyat

29 Avqust 2024, 12:04

Azərbaycanın tərəvəz ehtiyatı 2 milyon 200 min tonu keçib.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə tərəvəz ehtiyatının 1,8 milyon tonu yerli istehsalın, 58 min tonu idxalın payına düşüb, 318 min ton  tərəvəz ehtiyatı isə əvvəlki ilin qalığı hesabına formalaşıb.

Tərəvəzlərin 1,4 milyon tonu əhali tərəfindən istehlak edilib, 180 min tonu xaricə ixrac olunub, 130 min ton tərəvəz isə itkiyə gedib.

159 min ton tərəvəz isə mal-qara yemi, toxumçuluq və  qida məhsullarının istehsalına sərf olunub

318 min ton tərəvəz bu ilə qalıq kimi qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi