Modern.az

Müsavatdan Nəsiman Yaqubla bağlı açıqlama: İnanırıq ki, əsl səbəb üzə çıxacaq!

Müsavatdan Nəsiman Yaqubla bağlı açıqlama: İnanırıq ki, əsl səbəb üzə çıxacaq!

Ölkə

29 Avqust 2024, 12:56

"Professor Nəsiman Yaqublunun uğradığı yol qəzasının əsl səbəbinin məlum olacağına inanmaq istəyirik".
 

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bildirib.


"Namizədlərimizdən biri olan professor Nəsiman Yaqublu müəmmalı şəkildə dünyasını dəyişdi. İnanmaq istəyirik ki, hüquq-mühafizə orqanları bu yol qəzasının əsil səbəbini ortaya qoya biləcəkdir".
 

Xatırladaq ki, tarixçi alim, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 25-də seçicilərlə görüşdən Bakıya qayıdarkən Cəbrayıl rayonu ərazisində yol qəzasına düşərək həyatını itirib. Mərhumun maşında tək olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM