Modern.az

"Milli Şurada istefalar gözlənilir" - Qurum üzvü

"Milli Şurada istefalar gözlənilir" - Qurum üzvü

4 Dekabr 2013, 11:58

“Hər kəsin mövqeyi əvvəlcədən bəlli idi. Sessiyada əsas diqqət sədrlik və həmsədrliklə bağlı oldu. Bilirisiz ki, bu məsələdə fikir ayrılıqları var idi. Demokratik bir qurum olaraq səs çoxluğu ilə sədrlik postu saxlanıldı, həmsədrlik insititutu isə baş tutmadı”.

  Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib. Onun sözlərinə görə, Milli Şurada Cəmil Həsənlinin sədr seçilməsilə hər şey aydınlaşıb: “Cəmil Həsənli qurumun sədri oldu. Biz də bundan sonra fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik. Rüstəm İbrahimbəyovun sədrlikdən kənarlaşdırılaraq fəxri sədr seçilməsi Azərbaycan müxalifətinin ona verdiyi dəyərdir”. 

R.Manaflı deyib ki, Milli Şuradakı dəyişikliklərdən sonra istefalar ola bilər: “İstefaların olması gözləniləndir. Bunun partiya şəklində olmasını güman etmirəm. Çünki bu məsələlər əvvəlcədən müzakirə edilmişdi. Rüstəm İbrahimbəyovun həmsədr seçilməməsinə və Cəmil Həsənlinin sədr seçilməsinə etiraz edənlərin İbrahimbəyova ehtiram bildirmək istəmələri Cəmil Həsənliyə hörmətsizlik kimi çıxır. Cəmil Həsənli Milli Şuranın sədri olmağa layiq deyildimi? Qurumun bu formada fəaliyyət göstərməsinə əsas səbəbkarlarından biri də Cəmil müəllimdir. Bu məsələdə kimlərinsə Milli Şuraya qarşı addım atması qarşıdakı günlərdə bilinəcək”.  
İlkin
 
Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU