Yanacağın qiymətinin artmasının kənd təsərrüfatı məhsulunun istehsalına birbaşa təsir edəcək”. Bunu “Azadlıq” qəzetinə yanacağın bahalaşmasını təhlil edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
“Bu həm istehsal olunan məhsulun bazara daşınmasına, həm də satış qiymətlərinə təsir edəcək. Bu mənada yanacağın qiymətinin bahalaşması kənd təsərrüfatı məhsullarının, o cümlədən çörəyin qiymətində 20 faizə qədər artıma səbəb olacaq. Ola bilsin hökumət bir müddət hər hansı təzyiqlə çörək və çörək məhsullarının qiymətini nisbətən stabil saxlaya bildi. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Ona görə ki, çörəyin daşınmasında avtomobillərdən istifadə olunur. Bu avtomobillər də yanacaq işlədir. Benzinin qiymətinin qalxması çörəyin maya dəyərinin artmasına gətirib çıxaracaq”.
Modern.az